11 Aprel 2025, 16:30
ÇEMPİONLAR LİQASI
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays bütün rəqiblərini qabaqlayaraq, bu ada layiq görülüb.
PSJ-nin gürcü futbolçusu Xviça Kvaratsxeliya ikinci, "Barselona"nın polşalı hücumçusu Robert Levandovski isə üçüncü olub.
Qeyd edək ki, Rays "Real"la oyunda cərimə zərbəsindən iki baxımlı qol vurub.