Çempionlar Liqasında 1/4 finalın cavab oyunları start götürüb.
Matc.az xəbər verir ki, bununla da ilk 2 yarımfinalçının adı bəlli olub.
"Aston Villa" PSJ-ni qəbul edib. Parislilər 3:2 məğlub olsalar da, iki oyunun nəticəsinə görə yarımfinala yüksəliblər.
Digər görüşdə isə "Barselona" ilk oyunda 4:0 hesabı ilə üstələdiyi Dortmund "Borussiya"sının qonağı olub. Meydan sahibləri 3:1 hesabı ilə qalib gəlsələr də, mərhələ adlayan tərəf Kataloniya klubu olub.
Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel
"Aston Villa" (İngiltərə) - PSJ (Fransa) - 3:2
Qollar: Tielemans, 34, Makgin, 42, Konsa, 58 // Hakimi, 11, Mendes, 28
(İlk oyun - 1:3)
"Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) - 3:1
Qollar: Qurassi, 11 (pen), 49, 76 // Bensebaini, 54 (aq)
(İlk oyun - 0:4)