15 Aprel 2025, 11:11
FUTBOL
“Barselona” rəhbərliyi “Atletik”in futbolçusu Niko Uilyamsı transfer etmək fikrindən daşınıb. Matc.az xəbər verir ki, 22 yaşlı oyunçunun yayda klubunda qalmaq istəməsi kataloniyalıların onunla bağlı planına təsir edib.
Artıq “Barsa” rəhbərliyi Uilyamsı transfer etmək haqda düşünmür. Bu səbəbdən Nikonun cari mövsümün sonunda “Arsenal” və ya “Çelsi”yə keçmək ehtimalı daha yüksək dəyərləndirilir.
Qeyd edək ki, Niko Uilyams 2022-ci ildən İspaniya yığmasının da üzvüdü.