15 Aprel 2025, 14:04
FUTBOL
"Beşiktaş" yeni mövsüm üçün yarımmüdafiə xəttini gücləndirmək istəyir.
Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu "Spetsiya"da çıxış edən Salvatore Espositonun xidmətində maraqlıdır.
"Beşiktaş" italiyalı dayaq yarımmüdafiəçisini yayda heyətinə qatmağa çalışacaq. "Qara qartallar" İtaliya klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, "Spetsiya" Salvatore Espositonu 2023-cü ilin yanvar ayında SPAL-dan transfer edib. 24 yaşlı futbolçu bu mövsüm B Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 31 oyunda 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.