"Limitin ləğvindən sonra azərbaycanlı futbolçular Avropaya getmək, legioner həyatı yaşamaq istəyəcəklər. Məncə, təklif gələndə oyunçular getmək istəyəcəklər"

"Turan Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynov növbəti mövsümdən legioner limitinin ləğv olunacağına münasibət bildirib.

Matc.az saytına açıqlama verən 25 yaşlı futbolçu limitin ləğvindən sonra azərbaycanlı futbolçuların legioner həyatı yaşamağa istəkli olacaqlarını bildirib:

"Qərar veriləndə şokda olduq. Bilmirəm, bəlkə yaxşı olacaq. Limitin ləğvindən sonra azərbaycanlı futbolçular Avropaya getmək, legioner həyatı yaşamaq istəyəcəklər. Məncə, təklif gələndə oyunçular getmək istəyəcəklər". 

Ayxan Hüseynov Kurban Berdiyevin "Turan Tovuz"da yerli oyunçulara şans verib-verməyəcəyi haqda da danışıb. O, rusiyalı mütəxəssis üçün futbolçunun milliyyətinin önəmli olmadığını deyib:

"Yüz faiz verəcək. Kurban müəllim kim daha yaxşı formadadırsa, ona şans verir. Onun üçün milliyyətin fərqi yoxdur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest