15 Aprel 2025, 19:55
FUTBOL
İngiltərənin "Blakbern" klubu yenidən baş məşqçisini dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "talkSPORT" paylaşıb.
İngilis klubunun rəhbərliyi cari ilin fevralından "Blakbern"i çalışdıran Valeryen İsmaelin işindən narazıdır və komandanı Ueyn Runiyə etibar edə bilər.
İsmaelin rəhbərliyi altında keçirdiyi 8 görüşdə yalnız bir dəfə qalib gələn "Blakbern" Çempionşipdə mövsümün bitməsinə 4 tur qalmış ilk "6-lıq"dan 7 xal geri qalaraq cəmi 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Runi ötən ilin sonunda rəhbərlik etdiyi "Plimut Arqayl"dan göstərdiyi nəticələrə görə ayrılmalı olub. Onun komandası çempionatın 23 turunda cəmi 4 qələbə qazanıb.