“Sabah”ın futbolçusu Pavol Safranko ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası 500 manat cəriməyə məruz qalıb.
AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
Belə ki, “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün “Səbail” 800 manat cərimə edilib.
“Sabah”la oyunda “Turan Tovuz”un 4 üzvü sarı vərəqə aldığı üçün Qərb təmsilçisi 700 manat ziyana düşüb. Həmin görüşdə azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Turan Tovuz” 800 manat, hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə daha 1000 manat cərimə edilib.
“Sabah”ın futbolçusu Pavol Safranko ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası 500 manat cəriməyə məruz qalıb.
“Sumqayıt”la oyunda “Şamaxı”ının fotoqrafı zonalar üzrə qaydanı pozduğu üçün “Sumqayıt” 500 manat cərimə edilib.
“Araz-Naxçıvan”la görüşdə “Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Gəncə təmsilçisi 500 manat ziyana düşüb.
“Zirə” ilə qarşılaşmada 4 üzvü sarı vərəqə aldığı üçün “Neftçi” 700 manat cərimələnib. Bundan əlavə, azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığı üçün “Neftçi” 2000 manat cərimə olunub.