Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən "Napoli"nin hücumçusu Viktor Osimhen yayda karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumat üç türk jurnalist - Serdar Ali Çelikler, Aygün Özipek və Ahmet Konank sosial şəbəkə hesablarında paylaşıb.

Futbolçunun ingilis klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı, lakin hələlik "Napoli" ilə "Mançester Yunayted" arasında razılığın olmadığı bildirilir. Əldə olan məlumata görə, Osimhen "qırmızı şeytanlar"la 5 illik müqavilə imzalayacaq. Transfer qiyməti 60 milyon avrodur. Müqavilənin dəyəri illik 12,8 milyon funt sterlinq (14,9 milyon avro) xalis illik əmək haqqıdır.

Qeyd edək ki, 26 yaşlı nigeriyalı bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 34 oyun keçirib, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest