"Şamaxı" Misli Premyer Liqasının 31-ci turunda doğma meydanda "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. Ev sahiblərinin ilk qolunun müəllifi Alfons Msanqa oyundan sonra Matc.az saytının suallarını cavablandırıb:

- Oyunla bağlı fikirlərini bölüşərdin...

- Yaxşı oyun oldu. İstədiyimiz nəticə idi. "Kəpəz"lə çox fərqimiz yox idi, bizə çata bilərdilər. Lakin 3 xal qazanaraq, aradakı fərqi daha da artırdıq. Artıq daha yuxarı pillələri düşünə bilərik. Baş məşqçi Ayxan Abbasovun verdiyi tapşırıqlara riayət edərək, sonda istədiyimiz nəticəni aldıq.

- Son iki oyundur ki, qol vurursan. Bunun davamını gətirə biləcəksənmi?

- Biz komandamızın qələbəsi üçün oynayırıq. Qollar vuraraq, komandama kömək edə bilirəmsə, bu, yaxşı haldır. Öz performansıma gəldikdə, qələbələr qazanırıqsa və mən də qollar vururamsa, deməli, hər şey yaxşıdır.

- Növbəti turda "Turan Tovuz" səfərinə yollanacaqsız. Bu matçdan gözləntin nədir?

- Tovuz səfərinə qısa istirahətdən sonra hazırlıqlara başlayacağıq. Səfər matçıdır, ciddi rəqibdir, yaxşı oyunçuları var. Onlara qarşı layiqli mübarizə aparacağımıza inanıram.

- "Şamaxı"nın hazırkı durumu barədə nə deyə bilərsən?

- Turnir cədvəlində hazırda 7-ci yerdəyik. Daha çox işləməli, daha çox irəli getməliyik. Mövsümün sonunda komandamızın daha yaxşı yer tutmasına çalışmalıyıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest