22 Aprel 2025, 16:45
FUTBOL
"Çelsi"nin futbolçusu Renato Veyqa yayda klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, "Tottenhem" icarə əsasında "Yuventus"da çıxış edən Renato Veyqanı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London klubu portuqaliyalı mərkəz müdafiəçisini yayda heyətinə qatmağı planlaşdırır. "Tottenhem" 21 yaşlı futbolçu üçün "Çelsi"yə 30 milyon funt-sterlinq təklif edəcək.
Qeyd edək ki, Renato Veyqa bu ilin yanvar ayında "Yuventus"a icarəyə verilib. Portuqaliya millisinin üzvü Turin təmsilçisinin heyətində 9 rəsmi matçda iştirak edib.