25 Aprel 2025, 16:18
FUTBOL
"Arsenal" mövsümün sonunda müqaviləsi başa çatan Tomas Partini komandada saxlamaq istəyir.
Matc.az xəbər verir ki, Premyer Liqa klubu qanalı yarımmüdafiəçiyə yeni müqavilə təklif edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Arsenal" Partiyə yeni maliyyə şərtləri ilə sözləşmə təklif etməyə hazırlaşır. Başqa təklifləri də olan 3q yaşlı dayaq yarımmüdafiəçisi bütün variantları nəzərdən keçirir.
Qeyd edək ki, Tomas Parti 2020-ci ilin oktyabr ayından "Arsenal"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 47 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.