09 May 2025, 10:32
FUTBOL
"Real" mövsümün sonunda Karlo Ançelotti ilə yollarını ayıracaq.
Matc.az "Marca" nəşrinə istinadən xəbər verir ki, "Kral klubu"nu Xabi Alonso çalışdıracaq. Artıq ispan mütəxəssislə razılıq əldə olunub.
"Real" 43 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabr ayından "Bayer"i çalışdırır. Leverkuzen təmsilçisi ötən mövsüm tarixində ilk dəfə Almaniya çempionu olub.