"Real"ın kapitanı Serxio Ramos komandasını dəyişmək barədə düşünür. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, "kral klubu" artıq bu variant üzərində çalışmağa başlayıb.

Belə ki, madridlilər mərkəz müdafiəçisini əvəzləyəcək oyunçuların siyahısını hazırlayıb. Klub prezidenti Florentino Peres 33 yaşlı oyunçuya 4 alternativ müəyyənləşdirib. Bunlar Kalidu Kulibali ("Napoli"), Matteys de Liqt ("Ayaks"), Vircil van Deyk ("Liverpul") və Xose Ximenesdi ("Atletiko").

B siyahısında isə Milan Şkrinyar ("İnter") və Antonio Rudiger ("çelsi") qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest