14 May 2025, 18:26
FUTBOL
"İpsviç"in hücumçusu Liam Delap yayda klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
22 yaşlı oyunçu "Mançester Yunayted"ın maraq dairəsinə düşüb. Delapın özü də ingilis klubuna keçməyin əleyhinə deyil.
Qeyd edk ki, bu mövsüm Liam Delap "İpsviç"in heyətində bütün turnirlərdə 38 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.