16 May 2025, 13:53
FUTBOL
"Barselona" baş məşqçisi Hans Fliklə yeni müqavilə barədə razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Alman məşqçinin müqaviləsi 2027-ci ilin yayına kimi uzadılacaq. Qarşıdakı günlərdə klub bununla bağlı rəsmi açıqlama edəcək.
Qeyd edək ki, Hansl Flik mövsümün əvvəlində "Barselona"nın baş məşqçisi təyin olunub. Kataloniya təmsilçisi onun rəhbərliyi altında İspaniya çempionu olub, ölkə kubokunu və Super Kuboku qazanıb. Komanda Çempionlar Liqasında yarımfinalda mübarizəni dayandırıb.