Bu gün Bakıda Avropa Liqasının final oyunu ilə yanaşı, UEFA İcraiyyə Komitəsinin də iclası olacaq. Matc.az saytının məlumatına görə, bu məqsədlə bir çox tanınmış futbol funksioneri paytaxtımızdadı.

Qonaqlar arasında PSJ-nin prezidenti Nasser el-Xelaifi də var. Klubunun gələcəyi ilə bağlı Dohada bir iclasda iştirak edən qətərli biznesmen ordan ölkəmizə gəlib. UEFA İcraiyyə Komitəsinin toplantısına qatılacaq el-Xelaifinin ardından final qarşılaşmasını stadiondan izləməsi gözlənilir. O, Avropa Klublar Assosiasiyasının nümayəndəsi kimi, bu ilin əvvəlində UEFA İcraiyyə Komitəsinin üzvü seçilib.

Haqqında rüşvətlə bağlı dedi-qodular yayılan el-Xelaifinin qitə futbol qurumundakı işini davam etdirməsi bunların şayiə olmasından xəbər verir.

Həmçinin "Yuventus"un prezidenti Andrea Anelli də ölkəmizdə səfərdədi. Qarşılaşmanı canlı izləyəcək "qoca sinyora"nın rəhbəri fürsətdən istifadə edib, "çelsi"nin baş məşqçisi Mauritsio Sarri ilə də danışıq aparmaq niyyətindədi.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclası saat 14:00-da "çelsi" ilə "Arsenal" arasında baş tutacaq Avropa Liqasının final görüşü isə 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest