15 İyun 2025, 15:00
FUTBOL
O, Budapeştdə cüdo üzrə dünya çempionatının 1/16 finalında Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və uduzub.
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı keçirilir.
Matc.az xəbər verir ki, yarışın üçüncü günündə kişilərdən Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (-73 kq) gözlənilməz məğlubiyyətlə üzləşib.
O, 1/16 finalda Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və uduzub. Bununla da o, dünya çempionatında mübarizəni erkən başa vurub.
Qeyd edək ki, 22 yaşlı Otari Kvantidze bir sıra beynəlxalq yarışda mükafatçılar sırasında yer alsa da, onun Avropa və dünya çempionatlarında hələlik titulu yoxdur.