16 İyun 2025, 19:31
FUTBOL
Aleks De Souzanın yeni iş yeri müəyyənləşib.
Matc.az xəbər verir ki, braziliyalı mütəxəssis ölkəsində çalışacaq.
Aleks "Operario Ferroviario"nun baş məşqçisi postuna təyin olunub. Bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Aleks De Souzanın son iş yeri Türkiyədə "Antalyaspor" olub.