17 İyun 2025, 15:37
FUTBOL
"Beşiktaş"ın müdafiəçisi Onur Bulut İstanbulda klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.
"Başakşehir" türk futbolçunun keçidini həll etmək üzrədir. "Beşiktaş" klubla 1 illik müqaviləsi qalan 31 yaşlı sağ cinah müdafiəçisinin satışından 500 min avro gəlir əldə edəcək.
Qeyd edək ki, "Beşiktaş" Onur Bulutu 2023-cü ilin fevral ayında "Kayserispor"dan transfer edib. Təcrübəli futbolçu ötən mövsüm "qara qartallar"ın heyətində keçirdiyi 25 oyunda 1 qol ötürməsi edib.