"Yuventus"un futbolçusu Samuel Mbanqula Türkiyədə çıxış edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Qalatasaray" belçikalı vingeri transfer etmək istəyir. "Sarı-qırmızılar" 21 yaşlı  futbolçu üçün İtaliya klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Yuventus" Samuel Mbanqulanı 2020-ci ildə "Anderlext"in akademiyasından transfer edib. Belçika U-21 millisinin üzvü ötən mövsüm Turin təmsilçisinin heyətiində keçirdiyi 32 oyunda 4 qol vurub, 5 qool ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest