17 İyun 2025, 18:50
FUTBOL
"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski İtaliyada çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.
Şimanskini A Seriyasından 3 klub transfer etmək istəyir. Bunlar "Napoli", "Latsio" və "Fiorentina"dır.
İstanbul klubu polşalı yarımmüdafiəçini satmağın əleyhinə deyil. Super Liqa təmsilçisi 26 yaşlı oyunçu üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, Sebastian Şimanski ötən mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 53 oyunda 7 qol vurub, 9 qol ötürməsi edib.