17 İyun 2025, 19:08
FUTBOL
Masazır təmsilçisi mövsümün sonunda müqavilə müddəti başa çatan Con İrasabal ilə yollarını ayırıb.
"Sabah" Con İrasabal ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Masazır təmsilçisi mövsümün sonunda müqavilə müddəti başa çatan İrasabala yeni müqavilə təklifi etməyib.
Qeyd edək ki, o, 2022-ci ildən "Sabah"ın formasını geyinib. Bu müddət ərzində ispaniyalı müdafiəçi 98 oyunda meydana çıxıb və 6 qola imza atıb. O, komanda ilə birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.
Xatırladaq ki, daha öncə Masazır klubu futbolçusu Şakir Seyidov və baş məşqçisi Vasili Berezutski ilə də yollarını ayırıb.