İtaliya B Seriyasının "Palermo" klubu Filippo İnzaqinin komandaya baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.

Matc.az xəbər verir ki, mütəxəssisin uzunmüddətli müqavilə imzaladığı və iyulun 1-dən kluba qoşulacağı bildirilir.

İnzaqinin əvvəlki iş yeri 2024-cü ilin iyulundan 2025-ci ilin iyununa kimi rəhbərlik etdiyi "Piza" olub. Filipponun rəhbərliyi altında komanda İtaliyanın yüksək divizionuna yüksəlib. "Piza" sonuncu dəfə A Seriyasında 1990/1991 mövsümündə çıxış edib. Komanda tarixində səkkizinci mövsümünü yüksək liqada keçirəcək. Mütəxəssis əvvəllər İtaliyanın bir sıra klublarını, o cümlədən "Milan", "Bolonya" və "Breşiya"nı çalışdırıb.

Qeyd edək ki, 2024/2025 mövsümünün sonunda "Palermo" B Seriyasında səkkizinci yeri tutaraq A Seriyasına yüksəlmək üçün pley-offda oynamaq hüququ qazanıb. Lakin birinci mərhələdə "Yuve Stabia"ya (0:1) uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest