"Çelye" Milot Avdilinin transferi ilə bağlı Ukraynanın "Vorskla" klubu ilə razılığa gəldiyini açıqlayıb.

Matc.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi klubla 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.

Avdili bu yay Sloveniya klubunun dördüncü transferidir. O, yarımmüdafiənin bütün mövqelərində oynamağı bacaran universal futbolçudur.

Qeyd edək ki, "Çelye" Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ın rəqibidir. "Sabah" ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest