17 İyun 2025, 20:16
FUTBOL
"Liverpul" "Napoli"nin 26 yaşlı hücumçusu Viktor Osimhen üçün mümkün transfer barədə danışıqlar aparır.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, "mersisaydlılar" nigeriyalı futbolçunun transferində mübadilə etmək üçün hücumçular Federiko Kyeza və Darvin Nunesi müqaviləyə daxil etməyə hazırdırlar. Nunes və Kyezanın iştirakı ilə klublar arasında ilkin danışıqlar da aparılıb.
Qeyd edək ki, "Liverpul"un İngiltərə çempionlarına keçməyə açıq olan Osimhenin ətrafı ilə də əlaqə saxladığı vurğulanır. Transferə forvardın maaş tələbi maneə ola bilər. Ancaq "Liverpul" Nunes və Kyezanı satsa, ildə təxminən 15 milyon funt-sterlinqə qənaət edəcəklər ki, bu gəliri də Osimhenin maaşına xərcləyə bilər.