17 İyun 2025, 21:00
FUTBOL
"Barselona" "İndependiente"nin və Argentina millisinin mərkəz müdafiəçisi Kevin Lomonaso ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.
Bildirilir ki, Ronald Arauxo və Andreas Kristensen klubdan ayrılsa, kataloniyalılar 23 yaşlı futbolçunu ala bilər. Lomonaso ilə maraqlanan komandaların onun transferi üçün 20 milyon dollar (17 milyon avro) ödəməli olacağı vurğulanır.
Qeyd edək ki, müdafiəçi 2026-cı ilin iyununda DÇ-2016-nın seçmə mərhələsində Çili və Kolumbiyaya qarşı keçiriləcək oyunlar üçün Argentina millisinə çağırılıb. Lakin bu oyunlarda Lomonaso meydana çıxmayıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 12 milyon avrodur.