PSJ-nin qapıçısı Canluici Donnarumma Britaniyanın məşhur "FourFourTwo" nəşri tərəfindən hazırda aktiv futbol həyatını davam etdirən qapıçılar arasında dünyanın ən yaxşısı seçilib.

Matc.az xəbər verir ki, Paris klubunun tərkibində italyan futbolçu 2024/2025 mövsümündə Çempionlar Liqası, Liqa 1 və Fransa Kubokunun qalibi olub.

Qeyd edək ki, ötən mövsüm Donnarumma bütün yarışlarda 41 oyun keçirib, 13 matçda qapısını toxunulmaz saxlayıb. Qolkiperin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.

"FourFourTwo"ya görə dünyanın ən yaxşı 10 qapıçısı:

1. Canluici Donnarumma (PSJ).
2. Alisson Becker ("Liverpul").
3. David Raya ("Arsenal").
4. Tibo Kurtua ("Real", Madrid).
5. Yann Sommer ("İnter").
6. Yan Oblak ("Atletiko", Madrid).
7. Mayk Menyan ("Milan").
8. Joan Qarsiya ("Espanyol").
9. Emiliano Martinez ("Aston Villa").
10. Mile Svilar ("Roma").

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest