"Tottenhem"in kapitanı Son Hın-min karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "Talk Sport" məlumat yayıb.

"Əl-Nəsr", "Əl-Əhli" və "Əl-Qadisiya" cənubi koreyalı vingeri transfer etmək istəyir. Hər üç klub 32 yaşlı futbolçu üçün "Tottenhem"in tələb etdiyi 40 milyon avronu ödəməyə hazırdır.

Qeyd edək ki, Son Hın-min ötən mövsüm "Tottenhem"in heyətində keçirdiyi 46 oyunda 11 qol vurub, 12 qol ötürməsi edib. Onun London klubu ilə 1 illik müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest