18 İyun 2025, 11:36
FUTBOL
"Mançester Yunayted"in futbolçusu Antoni Türkiyədə çıxış edə bilər.
Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça" braziliyalı vingeri transfer etmək istəyir.
Super Liqa nəhənginin baş məşqçisi Joze Mourinyo Antoninin oyununu çox bəyənir. İstanbul klubu 25 yaşlı oyunçunu icarəyə götürmək üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.
Qeyd edək ki, Antoni ötən mövsümün ikinci yarısını icarə əsasında "Betis"də keçirib. Braziliya millisinin üzvü La Liqa təmsilçisinin heyətində 26 oyunda 9 qol vurub, 5 qol ötürməsi edib.