18 İyun 2025, 12:37
FUTBOL
"Mançester Siti"dən ayrılacağı iddia olunan Bernardo Silva qərarını verib.
Matc.az "Daily Mail"ə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Premyer Liqa təmsilçisində qalacağını açıqlayıb. Silva növbəti mövsümü "şəhərlilər"in heyətində keçirəcək.
Kevin De Brüynenin gedişindən sonra 30 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin kapitanı təyin olunub.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Portuqaliya millisinin üzvünün klubla müqaviləsi gələn ilin yayında başa çatır.