"Mançester Yunayted"in yeni mövsüm üçün heyətdə düşünmədiyi Kazemiro Türkiyə Super Liqasında çıxış edə bilər.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayııb.

"Beşiktaş" braziliyalı yarımmüdafiəçini heyətinə qatmağa çalışır. İstanbul təmsilçisinin baş məşqçisi Ule Qunnar Sulşer Kazemironu komandasında görmək istəyir. İngiltərə klubu Ruben Amorimin planlarına daxil olmayan oyunçunun gedişinə icazə verəcək.

Qeyd edək ki, Kazemiro ötən mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 42 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest