"Qalatasaray"ın hücumçusu Alvaro Morata İtaliyaya qayıda bilər.

Matc.az xəbər verir ki, "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Morata Türkiyə klubundan icarə müddəti bitmədən ayrılmaq istəyir. Müqavilə ilə "Milan"a məxsus olan ispan forvardın xidmətində "Latsio" maraqlıdır. 32 yaşlı futbolçu özü də A Seriyası təmsilçisinin təklifinə isti yanaşır.

Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı bu ilin fevral ayında 1 illik icarəyə götürüb. İspaniya millisinin üzvü "sarı-qırmızılar"ın heyətində keçirdiyi 12 oyunda 7 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest