18 İyun 2025, 14:48
FUTBOL
"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço İtaliyada çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Napoli" ingiltərəli vingeri heyətinə qatmaq istəyir. Sanço İtaliya çempionunun təklifini qəbul edib.
"Mançester Yunayted" oyunçusu üçün 25 milyon avro tələb edir. "Napoli" bu məbləği ödəsə, transfer baş tutacaq.
Qeyd edək ki, Ceydon Sanço ötən mövsüm icarə əsasında "Çelsi"də çıxış edib. 25 yaşlı futbolçu London təmsilçisinin heyətində keçirdiyi 42 oyunda 5 qol vurub, 10 qol ötürməsi edib.