"Komandamız buna layiq idi, özümüzlə qürur duyuram. Mənim üçün xüsusi gecə idi. "Çelsi"yə görə çox xoşbəxtəm. "Arsenal" və "Çelsi" həyatımı dəyişib, mənə Premyer Liqada oynamaq imkanı verib".

"İlk hissə maraqlı alındı, ancaq hesab açılmadı. Final gözəl keçdi". Matc.az saytı xəbər verir ki, bunu "çelsi"nin hücumçusu Olivye Jiru deyib.

Bakı Olimpiya Stadionunda keçirilən Avropa Liqasının final görüşündə "Arsenal" üzərində böyükhesablı qələbə qazanan (4:1) "zadəganlar" titula yiyələnib.

Qarşılaşmada hesabı açan Jiru qalibiyyəti dəyərləndirib. Sabiq "Arsenal"lı ikinci hissədə onlar üçün hər şeyin əla alındığını vurğulayıb: "Komandamız buna layiq idi, özümüzlə qürur duyuram. Mənim üçün xüsusi gecə idi. "çelsi"yə görə çox xoşbəxtəm. "Arsenal" və "çelsi" həyatımı dəyişib, mənə Premyer Liqada oynamaq imkanı verib. Bu üzdən də qolu qeyd etmədim. Premyer Liqada ilk "dördlüy"ə düşdükdən sonra ikinci hədəfimiz Avropa Liqasının qalibi olmaq idi. Bunu bacardığımız üçün xoşbəxtəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest