"Feyenord"un futbolçusu İqor Payşao karyerasını Fransada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

"Marsel" braziliyalı vinger üçün Niderland klubuna 28 milyon avroluq təklif göndərib. "Feyenord" hələ ki təklifə cavab verməyib.

Qeyd edək ki, "Feyenord" İqor Payşaonu 2022-ci ilin yayında "Koritiba"dan transfer edib. Braziliya U-23 millisinin sabiq üzvü Roterdam təmsilçisinin heyətində keçirdiyi 47 oyunda 18 qol vurub, 19 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest