10 İyul 2025, 13:31
FUTBOL
FIFA milli komandalarının iyul ayı üçün yenilənmiş reytinq cədvəlini açıqlanıb.
Matc.az xəbər verir ki, Azərbaycan milli komandası əvvəlki ayla müqayisədə üç pillə geriləyib. Aktivində 1148 xal olan yığmamız 119-cu yerdən 122-ci yerə düşüb.
Bu müddətdə millimiz iki yoldaşlıq oyunu keçirib. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Latviya (0:0) və Macarıstanla (1:2) qarşılaşıb. Azərbaycanın ən yaxın təqibçisi Qambiya (1141) millisidir.
Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri reytinqdə aşağıdakı yerləri tutur: Fransa – 3-cü (1862,03), Ukrayna – 26-cı (1557,21), İslandiya – 74-cü (1337,92).
Reytinqə isə Argentina seçməsi (1885,36) başçılıq edir.