"Fənərbaxça"dan ayrılan Edin Ceko karyerasını İtaliyada davam etdirəcək.

Matc.az xəbər verir ki, bosniya və herseqovinalı hücumçu "Fiorentina" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı forvardla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Edin Ceko 2023-2025-ci illərdə "Fənərbaxça"nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest