"Kristal Pelas" "İnter"in müdafiəçisi yan Bisseki transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Premyer Liqa klubu Almaniya millisinin üzvü üçün "İnter"ə təklif göndərəcək. "Kristal Pelas" 24 yaşlı mərkəz müdafiəçisi üçün 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Yan Bissek ötən mövsüm "İnter"in heyətində 46 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest