UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün çempionu bu gün Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək final matçı ilə müəyyənləşəcək.

Matc.az xəbər verir ki, Avropanın ən mötəbər klub turnirinin həlledici görüşündə Fransanın PSJ və İngiltərənin "Arsenal" komandaları üz-üzə gələcək.

Görüş almaniyalı hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın baş hakimi UEFA-nın elit kateqoriyalı referisi Daniel Zibert olacaq. Ona yan xətlərdə həmyerliləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. VAR otağında isə digər bir almaniyalı hakim Bastian Dankert əyləşəcək.

Budapeştdəki "Puskas Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, son çempion PSJ Çempionlar Liqasında ardıcıl ikinci dəfə kuboku muzeyinə aparmağı hədəfləyir. "Arsenal" isə tarixində ilk dəfə Çempionlar Liqasını qazanmaq üçün meydana çıxacaq.

UEFA Çempionlar Liqası
Final
30 may

20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)
Baş hakim: Daniel Zibert (Almaniya)
Baş hakimin köməkçiləri: Yan Zaydel və Rafael Foltin (hər ikisi Almaniya)
Dördüncü hakim: Sandro Şerer (İsveçrə)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Robert Şröder (Almaniya)
"Puşkaş Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest