22 Avqust 2025, 17:18
FUTBOL
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.
Matc.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq.
Matçlar Moldovada təşkil olunacaq.
Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcək.