"Real" "Kristal Pelas"ın 21 yaşlı yarımmüdafiəçisi Adam Uortonla maraqlanır. İspan nəhəngləri onu Toni Kroosun potensial əvəzləyicisi kimi görür.

Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Bildirlir ki, ingilis futbolçu Xabi Alonsonun komandası üçün lazım olan keyfiyyətlərə malikdir. Bununla belə, onun qiyməti Madrid klubuna transferinə maneə ola bilər, çünki "qartallar" oyunçunu 80 milyon avrodan aşağı qiymətə satmağa hazır deyil.

"Real" böyük bir satış edəcəyi təqdirdə yarımmüdafiəçini transfer etməyə çalışa biləcəyi vurğulanır. Ən çox ehtimal olunan variant, "Kral klubu"nun 80-90 milyon avro dəyərində qiymətləndirdiyi hücumçu Rodriqonun transferidir.

Qeyd edək ki, ötən mövsüm Uorton bütün turnirlərdə 27 matçda iştirak edib və iki məhsuldar ötürmə edib. 21 yaşlı yarımmüdafiəçisinin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi hesablanıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest