"Lester"in hücumçusu Keysi Maketir "İpsviç"ə keçib.

Matc.az xəbər verir ki, bu barədə "mavilər"in mətbuat xidməti məlumat paylaşıb.

Bildirilir ki, transferin dəyəri 13,9 milyon avro təşkil edib. Müqavilənin müddəti 30 iyun 2029-cu ilə qədərdir.

Qeyd edək ki, 23 yaşlı irlandiyalı "Lester"in yetirməsidir. O, "qurdlar"ın heyətində 56 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest