2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il futbol üzrə dünya çempionatının əsas mərhələsinin püşkatma mərasimi dekabrın 5-də, Vaşinqtonda keçiriləcək.

Matc.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

2026-cı il dünya çempionatının oyunları 16 stadionda keçiriləcək - 11-i ABŞ-da, 3-ü Meksikada, 2-si Kanadada.

Bu, 48 komandanın iştirakı ilə keçiriləcək ilk dünya çempionatı olacaq. Bu, həm də üç ölkədə keçiriləcək ilk turnir olacaq.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin D qrupunda Fransa, İslandiya və Ukrayna ilə mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest