13 Sentyabr 2025, 18:16
FUTBOL
"Çelsi"nin və Fil Dişi Sahilinin hücumçusu David Datro Fofana "Karagümrük"ə keçib.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Söhbət cari mövsümün sonuna qədər icarədən gedir.
Qeyd edək ki, Datro Fofana 2023-cü ilin yanvarında 12 milyon avroya Norveçin "Molde" klubundan "Çelsi"yə keçib. Bundan sonra o, "Yunion Berlin", "Burnley" və "Göztəpə"yə icarəyə göndərilib. "Transfermarkt" hazırda 22 yaşlı hücumçunun dəyərini 6 milyon avro qiymətləndirir.
"Göztəpə"nin heyətində Fofana Türkiyə çempionatında 9 oyun keçirib, 2 qol vurub.