"Barselona" Lamin Yamalın zədəsi ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

"Lamine Yamalın qasıq sümüyünün nahiyəsində diskomfort var ki, bu da onun məşq etməsinə və oynamasına mane olur. Onun məşqlərə qayıtması sağalma tempindən asılı olacaq".

Daha əvvəl Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik 18 yaşlı futbolçunun sentyabrın 14-də "Valensiya" ilə keçiriləcək La Liqanın 4-cü tur matçında meydana çıxa bilməyəcəyini açıqlamışdı.

Almaniyalı mütəxəssis Yamalın İspaniya millisinin son oyunları zamanı da ağrılar yaşadığını da vurğulayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest