"Beşiktaş"ın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəisi Salih Uçan sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu Super Liqanın 5-ci turunun "Başakşehir"lə matçında ayaq əzələsindən zədə alıb. Təcrübəli oyunçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Salih Uçan bu mövsüm "Beşiktaş"ın heyətində 1 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest