"Çempionlar Liqasına yaxşı başlamaq istəyirik. Təbii ki, hücumameyilli futbol oynamağa və qalib gəlməyə çalışacağıq"
"Benfika" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Matc.az xəbər verir ki, Lissabon təmsilçisinin hücumçusu Vangelis Pavlidis oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib. Yunanıstanlı futbolçu meydana 3 xal üçün çıxacaqlarını bildirib:
"Çempionlar Liqasına yaxşı başlamaq istəyirik. Təbii ki, hücumameyilli futbol oynamağa və qalib gəlməyə çalışacağıq. Ən vacibi 3 xalı əldə etmək və yaxşı çıxış etməyə davam etməkdir. Sabah görəcəyik ki, komanda necə yaxşı oynaya bilir".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.