FIFA referisi UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Kopenhagen" - "Bayer" oyununu idarə edəcək.

Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Matc.az xəbər verir ki, FIFA referisi UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Kopenhagen" - "Bayer" oyununu idarə edəcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Ona yan xətt haakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Matçın VAR hakimi niderlandlı Rob Dyeperink olacaq. Ona AVAR-da Sloveniyadan olan Alen Baroşak kömək edəcək.

Qeyd edək ki, "Kopenhagen" - "Bayer" qarşılaşması sentyabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest