25 Oktyabr 2018, 10:32
ÇEMPİONLAR LİQASI
çempionlar Liqasının qrup mərhələsinin III turunda Dortmund "Borussiya"sına 0:4 hesabı ilə uduzan "Atletiko" antirekordla üzləşib. Matç.az saytı xəbər verir ki, Madrid klubu indiki baş məşqçisi Dieqo Simenenin rəhbərliyi altında ən ağır məğlubiyyətini alıb.
Belə ki, 2011-ci ildən İspaniya klubunun "sükanı arxası"na keçən argentinalı indiyədək belə darmadağına üzülməmişdi. 48 yaşlı mütəxəssis "Atletiko"nu ümumilikdə 391 oyuna çıxarıb.
Əvvəlki 390 görüşdə paytaxt klubu 3 topdan artıq fərqlə uduzmamışdı.
Qeyd edək ki, "Atletiko" Simeonenin rəhbərliyi altında ölkə çempionatı, kuboku və Superkubokunun hərəsində 1, Avropa Liqasında 2 dəfə qalib olub.