17 Sentyabr 2025, 12:15
ÇEMPİONLAR LİQASI
"Real"ın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Trent Aleksandr-Arnold sıradan çıxıb.
İngiltərəli futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Marsel"lə matçında zədələnib. Ayaq əzələsindən zədə alan 26 yaşlı sağ cinah müdafiəçisi 5-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Trent Aleksandr-Arnold bu mövsüm "Real"ın heyətində keçirdiyi 10 oyunda 2 qol ötürməsi edib.